İlk iki turun icmalı
İlk iki turun icmalı

Naxcıvan şəhərində keçirilən kişilər arasında növbəti Azərbaycan çempionatında iki tur geridə qalmışdı. İlk turda şahmatçılar daha təmkinli oyun nümayiş etdirmiş, belə ki, 6 oyundan 5-də heç-heçə qeydə alınmışdır. Yalnız qara fiqurlarla oynayan beynəlxalq qrossmeyster (BQ) Eltaç Səfərli vaxt çatışmamazlığı şəraitində BQ Urfan Sevdimalıyevin səhvini dəyərləndirib qələbə qazanmışdı. İkinci tur daha maraqlı mübarizəyə səhnə olmuşdu.

BQ Vasif Durarbəyli ağ fiqurlarla BQ Fərid Abbasov üzərində qələbə qazanmışdır. Karo-Kann müdafiəsində 3.e5 gedişindən sonra alınan strukturda qaralar oyun ortasında standart c5 gedişini keçirə bilməmiş, ağların a4 və sonra c3-b4 gedişləri məhz bunun qarşısını almasına xidmət etmişdi. Bundan sonra ağlar böyük ölçüdə planlarını həyata keçirmək üçün rahat oyuna malik olmuşdu.

Daha iki qələbəni ağ fiqurlarla BU Aydın Süleymanlı və BQ Nicat Məmmədov, uyğun olaraq, BU Abdulla Qədimbəyli və BQ Urfan Sevdimalıyeva qarşı qazanmışlar. Qeyd edək ki, keçirilən bütün oyunları pgn menyusundan baxa bilərsiz.

 

Kişilər arasında Azərbaycan Çempionatı

2 turdan sonra yarış cədvəli